Rus və İran əsgərləri arasında atışma - Ölənlər var
15.07.2019
Suriyada İdlib, Hamanın şimalı və Hələbin cənubunda müxaliflərə qarşı savaşan İran ordusu ilə Rusiya silahlı qüvvələri arasında toqquşma baş verib.
Deranın Narraba qəsəbəsində meydana gələn hadisədə iki tərəfdən də ölü və yaralıların olduğu bildirilir.
Türkiyə mətbuatının yazdığına görə, münaqişə saatlarla davam edib.
Məlumata görə, İran dəstəkli qruplar partlayıcı maddələrlə bir neçə Rusiya maşınını partladıblar.
Qeyd edək ki, daha əvvəl də Suriyanın Hama bölgəsində Rusiyanın "Pələng Qüvvələrinin 5-ci Birliyi" taboru ilə ilə Bəşər Əsədin qardaşı, İran dəstəkli Mahir Əsədin başçılıq etdiyi "4-cü Firqə" arasında şiddətli toqquşmalar baş vermişdi.