Ərdoğan onlarla görüşəcək
15.07.2019
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdiğan yeni siyasi partiya qurmağa çalışan sələfi Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğlu ilə görüşəcək.
Xəbər verildiyi kimi, Ərdoğanın yeni siyasi partiya müzakirələri getdiyi vaxt sabiq maliyyə naziri Məhməd Şimşəklə görüşü diqqət çəkib.
Ərdoğanın sabiq iqtisadiyyat naziri Əli Babacanın partiyasında yer alacağı iddia edilən Şimşəyə müşavirlik təklif etdiyi müzakirə edilərkən, daha bir ilginc iddia irəli sürülüb.
Siyasi analitik Abdulqədir Səlvi Ərdoğanın Şimşəkdən sonra Gül və Davudoğlu ilə görüşəcəyini deyib:
"Süleyman Dəmirəl illər sonra "Ən böyük xətam Ədalət Partiyasının qurulmasının qarşısını almamaq idi” demişdi. Çünki bu partiyanın qurulmasından sonra o, yeganə iqtidar olmadı.
Bir az gec olsa da, Ərdoğan Dəmirəlin səhvini təkrarlamaq istəmir. Babacan və Şimşəkdən sonra sürpriz görüşlərin olacağı gözləniləndir. Maraqlıdır, görəsən, Ərdoğan Abdullah Gül və Əhməd Davudoğlu ilə də görüşəcək? Ramazanda bu barədə bir xəbər eşitmişdim”.
Bu xəbər Ərdoğanın siyasi partiya qurmaq istəyən sabiq dövlət rəsmilərinə vəzifə təklif edəcəyi iddiasına yol açıb.