İki nüvə gücü qarşı-qarşıya - TƏHLÜKƏ
15.07.2019
Hindistan və Pakistan Kəşmirlə bağlı dialoqa başlamalıdır. Çünki vəziyyətin gərginliyi başqa çıxış yolu olmadığını göstərir.
Bu sözləri Pakistan XİN-in keçmiş rəsmisi Riyaz Hokar deyib.
"Pakistan və Hindistan arasındakı münasibətləri dostluq adlandırmaq olmaz. Biz düşmən olmuşuq, indi də eləyik və ümid edirəm ki, belə qalmayacağıq”, - Hokar bildirib.
Hokar iki ölkə arasında gərginliyin artmasının təhlükəli olduğunu qeyd edib:
"Karib böhranı zamanı həm ABŞ-ın, həm də SSRİ-nin kifayət qədər nüvə potensialı olmasına baxmayaraq, onlar bir-birlərinə atəş açmadılar. Burada isə vəziyyət başqadır. Hindistan və Pakistan nüvə dövlətləridir və burada zaman anlayışı yoxdur. Karib böhranı zamanı 15 dəqiqəlik məsafədən danışmaq olardı, Hindistanla Pakistan arasında məsafə isə saniyələrlə ölçülür. Ona görə də burada vəziyyət həddən artıq təhlükəlidir”.