ABŞ uğursuzluğa düçar oldu - Ruhani
14.07.2019
ABŞ-ın İrana təzyiq göstərmək üçün etdiyi bütün cəhdləri uğursuzluğa düçar oldu.
Bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
"Artıq 14 aydır dünyanın iqtisadi və hərbi cəhətdən ən güclü nəhəngi İran xalqına qarşı ən sərt sanksiyaları tətbiq edir. Qəhrəman, sayıq və dözümlü İran xalqı bu sanksiyalara qətiyyətlə qarşı çıxıb. Amerikalılar hansı yola əl atsalar, uğursuzluğa düçar olublar”, - Ruhani bildirib.