Putini söyən jurnalisti TƏHQİR ETDİLƏR
13.07.2019
Tiflisdə Rustavi-2-nin aparıcısı Georgi Qabuniyanın evi qarşısında təhqiramiz plakat yerləşdirilib.
Bu barədə "Kp.ru” saytı məlumat yayıb.
Plakatda jurnalist heyvanla müqayisə edilib.
Qabuniyanın təhlükəsizliyinə təhdid hiss etdiyi üçün bir müddətdir mühafizəçi ilə gəzdiyi də vurğulanıb.
Qeyd edək ki, Qabuniya bundan öncə Rusiya Prezidenti Vladimir Putinə qarşı təhqiramiz ifadələr işlətməklə gündəmə gəlib.