Sabah 102 min nəfər İLK DƏFƏ səs verəcək - MSK SƏDRİ
10.04.2018
MSK başda olmaqla bütün seçki komissiyaları prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün tam hazırdır.
"Dövran Media"xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı jurnalistlərə verdiyi açıqlamasında deyib.
O qeyd edib ki, 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində 5 milyon 315 minə yaxın seçici səs verəcək. Məntəqələrin 41-i ölkə xaricində yerləşir.
Onun sözlərinə görə, 8 nəfərin namizədliyi 6-sı siyasi partiya, 1-i təşəbbüs qrupu tərəfindən irəli sürülüb. 1 nəfər isə namizədliyini özü irəli sürüb:
"Müşahidəşilərin sayı kifayət qədər genişdir. Seçkiləri 871 beynəlxalq, 57 373 yerli müşahidəçi izləyəcək”.
M.Pənahov onu da bildirib ki, 102 mindən çox seçici ilk dəfə səs verəcək.