21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

60 qram qoz-fındıq nəyə müsbət təsir göstərir?

13.07.2019

Kanadalı tədqiqatçılar 2-ci tip diabetdən əziyyət çəkən 450 pasiyentin iştirakı ilə 12 kliniki tədqiqatın meta-təhlilini aparıblar. Onlar belə qənaətə gəliblər ki, hər gün təqribən 60 qram qoz-fındıq yemək iki əsas biokimyəvi göstəriciyə - qlikohemoqlobinə (qanda şəkərin miqdarının orta səviyyəsi), habelə acqarına qanda qlükozanın səviyyəsinə müsbət təsir göstərir.
"MedikForum” xəbər verir ki, alimlərin sözlərinə görə, söhbət hər hansı qoz-fındıq növündən getmir. Qoz-fındığın bütün növləri, o cümlədən badam, Braziliya qozu, keşyu, şabalıd, kokos, pekan qozu, fındıq, makadamiya, qoz, sidr qozu, püstə diabetiklərin orqanizminin funksiyalarını yaxşılaşdırır.
Kanada mütəxəssisləri deyiblər: "Hər gün bu qoz-fındıqdan hər biri 30 qram olmaqla iki porsiya yemək 2-ci tip diabetdən əziyyət çəkənlərin qanında qlükozanın səviyyəsini azaltmağa və sabitləşdirməyə kömək edir”.
Onlar əlavə ediblər ki, rasiondakı doymuş yağlar deyil, rafinə edilmiş sürətli karbohidratlar qoz-fındıqla əvəzlənəndə diabetiklərin qlükoza göstəricilərində daha səmərəli nəticə müşahidə olunur.