Rusiya işğalçıdır - Gürcüstan prezidenti
13.07.2019
Rusiya torpaqlarımızın 20%-ni işğal edib.
Bunu "Doyçe Velle”yə müsahibəsində Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. O, Rusiya ilə 2008-ci il müharibəsindən sonra diplomatik münasibətlərin olmadığını və Tiflisin Rusiya ilə əlaqələr məsələsinin həllində beynəlxalq tərəfdaşlarına güvəndiyini bildirib:
"Beynəlxalq tərəfdaşlarımız Rusiyaya qonşuları ilə əlaqənin qarşılıqlı hörmət prinsipi əsasında qurulmasını başa salmalıdır. Biz 2008-ci ildən davam edən Cenevrə-Rusiya danışıqlarını yeni siyasi mərhələyə keçirtməliyik”.