Otelə hücum: Ölənlərin sayı 13-ə çatıb
13.07.2019
Somalinin Kismayo şəhərində yerləşən otelə hücum nəticəsində ölənlərin sayı bəlli olub.
Bu məlumatı "Röyter” agentliyi yayıb. Əş-Şabab terror təşkilatının həyata keçirdiyi insident nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.
Hüquq mühafizə orqanları hücum edən terrorçulardan dördünün artıq məhv edildiyini bildirib.
Qeyd edək ki, otelə hücum dünən təşkil edilib. Hücum ölkə parlamentarilərinin oteldə iclas keçirdiyi zaman baş tutub.