Xalq artisti təcili xəstəxanaya yerləşdirildi
11.07.2019
Xalq artisti Yalçın Rzazadənin səhhəti qəflətən pisləşib.
Müğənninin oğlu Yusif Rzazadə atasının səhhətində yaranmış problemlərlə bağlı Oxu.Az-a açıqlama verib:
"Atam hazırda Mərkəzi Dənizçilər Xəstəxanasındadır. Üç gündür səhhəti heç də yaxşı deyil. Hazırda həkimlər atamın vəziyyətini normallaşdırmağa çalışırlar. Gözlərinin içi sapsarıdır. Qanında zəhərlənmə aşkarlanıb. Ürəyində problemlər var”.
Qeyd edək ki, Yalçın İmran oğlu Rzazadə 31 dekabr 1946-cı ildə Bakıdan anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası Xalq Artisti adına layiq görülüb. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiridir. Evlidir, üç övladı var.