İran gəmiləri Britaniya tankerinə hücum edib
11.07.2019
İranın beş hərbi kateri Britaniyanın "British Heritage” neft tankerini Fars körfəzində ələ keçirməyə cəhd edib.
Bu barədə məlumatı CNN televiziyası yayıb. Məlumata görə, insident Hörmüz boğazı ərazisində baş verib. Tanker körfəzi tərk etmək istəyərkən İran katerləri ona yaxınlaşaraq, İran ərazi sularına hərəkət etməyini istəyiblər. Bundan sonra tankeri müşayiət edən Britaniya donanmasının "HMS Montrose” gəmisi İran katerlərini hədəf alaraq geri çəkilməsini tələb edib və İran gəmiləri geri çəkilib.
Televiziya insidentin ABŞ təyyarələri tərəfindən video-qeydiyyata aldığını da bildirib.
Britaniya Müdafiə Nazirliyi artıq neft tankerinə İran gəmilərinin hücum cəhdini təsdiqləyib.