Qarpız yedi, həyatını itirdi - Azərbaycanda
11.07.2019
Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümlə nəticələnib.
Bədbəxt hadisə rayonun İsmətli kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəmilə Əlizadə səhhəti pisləşdiyi üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, qadın qarpızdan zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.