Komitə sədri: “Tibbi sığortaya tez keçilməlidir”
11.07.2019
"Azərbaycanda icbari tibbi sığortaya tez keçilməlidir. Bunun üçün bütün addımlar atılır. Dünyanın inkişaf etmiş ölkələrindəki icbari tibbi sığorta sistemi öyrənilib”.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin bağlanış mərasimində deyib.
O bildirib ki, ölkədə bu sistemə keçdikdən sonra əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi də yüksələcək. Komitə sədri bildirib ki, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı qanunvericilik təkmilləşdiriləcək, müvafiq dəyişikliklər ediləcək.