Paşinyan Ruhaniyə niyə zəng edib?
11.07.2019
Ermənistan Baş naziri Nikol Paşinyanla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub.
Bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb. Tərəflər İran və Avrasiya İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regiondakı prosesləri müzakirə ediblər.
Qeyd edək ki, bundan bir neçə gün öncə Paşinyan Rusiya Prezidenti Vladimir Putinə də zəng etmişdi.