03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Trampın Çinə jesti ilə bağlı Ağ Ev - AÇIQLAMA verdi

10.07.2019

ABŞ prezidentinin administrasiyası Amerika biznesinin Çinin "Huavey” kompaniyası ilə əməkdaşlığına qoyduğu qadağanı xeyli yumşaldıb.
Dövran Media "Finənşl Tayms" qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın ticarət naziri Uilbur Ross kompaniyalara milli təhlükəsizliyə təhdid yaratmadan öz məhsullarını Çinin telekommunikasiya avadanlığı istehsalçısına satmaq üçün lisenziya veriləcəyini deyib.
Lakin "Huavey” kompaniyası qara siyahıdan çıxarılmayacaq: onunla biznes əlaqələri qurmaq üçün Amerika kompaniyaları yenə də lisenziya almalı olacaq.
Birləşmiş Ştatların prezident administrasiyası güzəştlərin nə qədər davam edəcəyi barədə məlumat verməyərək, ABŞ-ın Çinlə danışıqlarda irəliləyişə nail olunmasa, "Huavey” kompaniyasına qarşı mövqeyini yenidən sərtləşdirə biləcəyinə işarə edib.
Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi mayın 17-də milli təhlükəsizliyə təhdid səbəbindən "Huavey” kompaniyasını qara siyahıya salıb.
İki həftə öncə ABŞ Prezidenti Donald Trampla ÇXR sədri Si Szinpin arasında Osakada keçirilən görüşdə "Huavey"lə bağlı razılıq əldə olunub.