ABŞ: İran təzyiqlər olmadan dəyişməyəcək
10.07.2019
ABŞ Tehrana qarşı yeni sanksiyalar tətbiq edəcək.
Bunu "Əlcəzirə”yə müsahibəsində ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib. Onun sözlərinə görə, İran hökuməti siyasətini xarici təzyiqlər olmadan dəyişməyəcək.
O, Vaşinqtonun İranla bağlı mövqeyinin bəzi hallarda Avropa Birliyi ilə uyğunlaşmadığını etiraf edib.