6 ayda 244 yol-nəqliyyat hadisəsi
10.07.2019
Bu ilin 6 ayı ərzində paytaxt ərazisində 244 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə iyulun 10-da Bakı Şəhər Baş Polis İdarəsində car ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətinin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində məlumat verilib.
Bildirilib ki, hadisələr nəticəsində 77 nəfər ölüb, 216 şəxs müxtəlif dərəcəli xəsarət alıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 17,6 faiz, ölənlərin sayı 23 faiz, yaralıların sayı isə 15,6 faiz azalıb.