"Afrini qaytarın..." deyən Lavrova Türkiyədən CAVAB
10.04.2018
"Afrində terror təhlükəsi davam edir, işimiz bitənə qədər orda qalmağa davam edəcəyik".
"Dövran Media" Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin müdafiə naziri Nurettin Canikli bəyan edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Türkiyə Afrini Suriya hökumətinə təhvil verməlidir" fikrinə münasibət bildirən Canikli, bölgədəki terror təhlükəsi tamamilə aradan qalxandan sonra Afrini seçilmiş hökumətə təslim edəcəyik" deyib.