21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Azəriqaz” işçilərin maaşından kəsir? – Rəsmi açıqlama

10.07.2019

Azəriqaz İB tərəfindən əmək haqlarından heç bir vəsait tutulmur.
Bu barədə Report-a qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev Gəncədə bir qrup şəxslərin maaşlarının müəyyən məbləğinin "Azəriqaz” tərəfindən kəsildiyinə dair iddia ilə bağlı danışarkən bildirib.
O qeyd edib ki, həmin şəxslər Azəriqaz İB ilə xidməti müqavilə əsasında əməkdaşlıq edir, iddia olunan tutulmalar isə onların dövlətə köçürülən rəsmi vergi və sığorta ödənişləridir:
"Bu ödənişlər xidməti müqavilə əsasında fərdi sahibkar qismində çıxış edən şəxslər tərəfindən birbaşa Vergilər Nazirliyinə ödənilə bilər və ya bəzən müqavilədə razilasdirildigi kimi ödəniş edən qurum (məsələn, "Azəriqaz”) tərəfindən vergi olaraq, rəsmi qaydada Vergilər Nazirliyinə köçürülə bilər. Yaranan anlaşılmazlıq vergi öhdəlikləri ilə bağlı olan məlumatsızlıqdan irəli gəlir. İddianı qaldıran şəxslərə artıq müvafiq məlumatlar verilib və məlumatlandırmada olan nöqsanlar aradan qaldırılıb”.
Qeyd edək ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə Azəriqaz İB ölkədə insanların iş yerləri ilə təmin olunması üçün son illərdə 10 minə yaxın əlavə işçini gəlir ilə təmin etməklə, onlarla fərdi sahibkarlıq (xidməti) müqavilələr bağlanıb.