Bakı qəsəbələrinə şad xəbər - kanalızasiya çəkilir
10.07.2019
Azərsu ASC Bakı şəhəri və ətraf ərazilərdə subasma hallarının qarşısının almaq üçün yağış-kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihə həyata keçirməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə "Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı Heydər Əliyevin içməli su sektorunda şah əsəri olan Kür Sutəmizləyici Qurğular Kompleksinə təşkil edilən media-tur zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Bakıətrafı qəsəbələrdə kanalizasiya sistemləri demək olar ki, yoxdur:
"Mövcud olan kanalzasiya xətlərini ya vətəndaşlar, ya da bələdiyyələr çəkib. Bakıətrafı qəsəbələrə kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihələrimiz var. Bu istiqamətdə təkliflər hazırlanır. Yeni layihənin bu il reallaşdırılması nəzərdə tutulur”.