Prezident oğlu 1.5 milyardı apararkən TUTULDU
10.04.2018
Anqolanın keçmiş prezidentinin oğlu Joze Filomen dos Santos 1.5 milyard dollar vəsaitlə ölkədən qaçmaq istəyərkən yaxalanıb.
"Dövran Media" xəbər verir ki, bu pulları dos Santos atasının hakimiyyətdən getməsinə kimi rəhbərlik etdiyi Anqolanın Dövlət Fondundan oğurlayıb.
Məlumata görə, eks-prezidentin oğlunun qaçarkən aparmağa çalışdığı bu rəqəm London bankına qeyri-qanuni olaraq köçürülən orijinal məbləğdən üç dəfəyə qədər çoxdur.