03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ərdoğan: “Abdulla Gül və Əhməd Davudoğludan incimişəm”

10.07.2019

"Mən Əli Babacana Ədalət və İnkişaf Partiyasında (AKP) məsləhətçi vəzifəsi təklif elədim, qəbul etmədi. Daha əvvəl isə Özbəkistan prezidenti Türkiyədən köməkçi istədi, Əli bəy bu təklifimə də müsbət cavab vermədi”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün öncə AKP-nin qurucularından olan keçmiş nazir Əli Babacanın partiyadan istefa verməsinə münasibət bildirərkən deyib.
Ərdoğan Əli Babacandan yeni partiya qurub-qurmayacaqlarını soruşduğunu bildirib: "O, hazırda bunu düşünmədiklərini, amma bir platforma üzərində çalışdıqlarını söylədi. Mən də "Yolunuz açıq olsun”, – dedim. Əlavə etdim ki, bu hərəkətlə bir şey əldə etməyəcəklər, apardığımız birgə mübarizədən çəkilmək düzgün deyil. Onunla biz bəzi mövzularda, o cümlədən faiz mövzusunda da anlaşmırdıq. Milləti parçalamaq olmaz”.
Ərdoğan keçmiş prezident Abdulla Gül və keçmiş baş nazir Əhməd Davudoğlu ilə yollarının ayrılmasından da danışıb: "Baş nazir, prezident postunda olmuş şəxslərin haradan hara gəldiklərini görürük. Bu yola başlayarkən hər şey yaxşı idi, ancaq vəzifədən ayrıldıqdan sonra mənsub olduqları partiyaya üz çevirirlər”.
Türkiyə prezidenti "Babacan, Davudoğlu və Güldən inciksinizmi?” sualına "Onlardan inciməyib, kimdən inciyəcəyik? Onlar yeni sistemi, seçkiləri dəstəkləmədilər”, – şəklində cavab verib.
Ərdoğan İstanbul bələdiyyə sədrliyinə namizəd olmuş Binəli Yıldırıımla mübarizə yoldaşı olduqlarını, ona vəzifə verilməsinin nəzərdə tutulduğunu vurğulayıb.