23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiyalı ekspert: Rusiya elitası geosiyasi oyunlar oynayır

09.07.2019

Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Media.az-a müsahibəsində bəyan edib ki, Rusiya siyasətinin Cənubi Qafqazda problemləri var.
Onun sözlərinə görə, Rusiya xalqlarla işləmir, Rusiya elitası geosiyasi oyunlar oynayır və Cənubi Qafqazı qəbul etmir:
"Bu, Rusiya siyasətinin postsovet məkanında əsas səhvidir. Məsələn, Bidzina İvanişvili Gürcüstanı faktiki olaraq nəzarətə götürəndə Moskvadakı elita düşündü ki, "artıq hər şey yaxşıdır”. Lakin xalqın mentaliteti, şüuru var. Robert Koçaryan, Qagiq Tsarukyan və digərləri Ermənistana nəzarət edəndə də onlar əmin idilər”.
İstərdim ki, Azərbaycan və Ermənistan xalqları ümumi dil tapsınlar. Azərbaycanlılar Şəki, Qarabağ xanlıqlarının, Naxçıvanın varisləridir. Aleksandr Düma şairə Natəvana heyran olmuşdu. Moskva bunu görmür, anlamır, bilmir”.
M.Şevçenko Qərbin Cənubi Qafqazın işlərinə fəal müdaxiləsini istisna etmir:
"Amerikalılar qrant proqramları yaradırlar, gəncləri təhsilə dəvət edirlər. Bəs Moskva və Peterburqa kim dəvət edir?”.
- Cənubi Qafqazda vəziyyətin gərginləşməsi barədə nə düşünürsünüz? Təmas xəttində hərbçilər həlak olurlar. Müharibənin yaxınlaşdığını hiss edirsinizmi?
- Fikrimcə, müharibə yaxınlaşır. Lakin mən İranla böyük müharibəni nəzərdə tuturam. Bu müharibə ABŞ-da prezident seçkilərindən sonra başlaya bilər. Aydındır ki, Azərbaycan öz ərazisindən İrana zərbə endirməyə imkan verməyəcək. İranın şimal vilayətlərində azərbaycanlıların üstünlük təşkil etdiyini xatırlamaq kifayət edir. Deməli, Ermənistanın ərazisi lazımdır, lakin ermənilər də İranla bağlıdırlar.
Ermənistan və Azərbaycana gəlincə, burada hər şey mənim üçün aydındır. Ermənilər Qarabağın hüdudlarından kənarda işğal edilmiş rayonları azad etməlidirlər. Bu, hətta müzakirə edilməyən birinci məqamdır. Bu müddəa bir çox sammitlərdə, görüşlərdə, forumlarda təsdiq olunub. Rayonların azad edilməsi sülh nizamlanmasının başlanğıcı olacaq.
Bu, niyə baş vermir? Mənim üçün anlaşılan deyil. Bəli, Ermənistan hansısa zəmanətlər istəyir, öz qoşunlarını çıxardıqdan sonra Azərbaycan Ordusunun hücum etməsindən qorxur. Lakin problemə kompleks yanaşmaq lazımdır. Rayonların azad edilməsi ilk addımdır. İkinci addım azərbaycanlı qaçqınların və onların ailələrinin bütün azad edilmiş rayonlara və Qarabağa qayıtmasıdır. Sonra isə Qarabağın statusu üzrə referendum keçirilməlidir.
Qarabağ niyə Cənubi Qafqazın İsveçrəsinə çevrilməsin? Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə arasında iqtisadi əlaqələr regionda vəziyyəti yaxşı mənada kökündən dəyişə bilər. Mən heç bir müharibə istəməzdim. Lakin ermənilər inad göstərsələr, Azərbaycanın digər seçimi qalmaya bilər.